Planlama Departamentinin Müdiri

  • ATS Food
  • Elanın qoyulma tarixi: 30.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali Təhsil (Maliyyə, MBA təhsilə üstünlük verilir)
  • Dil bilikləri: Azərbaycan dili (Əla), İngilis dili (Əla) Rus dili (Əla), 
  • İş təcrübəsi: Planlama üzrə 5 il təcrübə, rəhbər vəzifədə 2 il iş təcrübə
  • Komputer biliyi: – MS Excel proqramını yüksək səviyyədə bilməli, MRP ilə işləmək bacarığı (bilməsi üstünlükdür), 

Vəzifədən gözləntilər:

  • Aylıq satış və əməliyyatların planlaşdırılması prosesinə rəhbərlik etmək və idarə etmək.
  • Struktur rəhbərinə işin effektivliyinin artırılmasına təsir edəcək təkliflər vermək.
  • Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirtmək.
  • Əlavə dəyər yaradan marketinq məlumatları ilə statistik proqnozu davamlı şəkildə genişləndirmək üçün proaktiv məlumat axınına dəstək vermək.
  •  İstehsal vəziyyətinin, xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizinin tərtib etmək.
  • Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasının təmin etmək.
  • İşin optimallaşdırılması üçün gərəkli hesabat formalarını əldə etmək.
  • Struktur işçilərinə-işin prosesinə nəzarət etmə və bir başa təsir etmək.
  • Bütün biznes vahidlərinin gəlirliliyinin qiymətləndirilməsi və xərclərə nəzarət edilməsi üçün məlumatları əldə etmək.
  • Satış, marketinq və tələb planlama arasında məlumat mübadiləsi prosesini təşkil etməli;
  • Prioritetləri müəyyənləşdirmək və proqnoz dəyərini artırmaq.
  • Əlavə dəyər yaradan marketinq məlumatları ilə statistik proqnozu davamlı şəkildə genişləndirmək üçün proaktiv məlumat axınına dəstək vermək.
  • Ünvanlı tələb proqnozunun dəqiqliyini təkmilləşdirmək və təmin etmək.
  • Şirkətlərin yeni məhsullarının gəlirliliyini hesablamaq və təhlil etmək.
  • Təyin edilmiş bazarlar ilə əlaqəli kommunikasiya, proseslər, nəticələr və işləmə üsullarının davamlı təkmilləşdirilməsinə səy göstərmək
  • Digər struktur rəhbərləri ilə ümumi işlər ilə bağlı müzakirələr aparmaq.
  • Rəhbərlik tərəfindən verilmiş qərarlara və tapşırılmış işlərə öz fikirlərini və rəyini bildirmək.

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Çeviklik
  • Detallara diqqətlilik
  • Analitik riyaziyyat
  • Problemləri həll etmə
  • Hesabatvermə
  • Təqdimat hazırlamaq qabiliyyəti

İş Şərtləri:

  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaq 
  • İş rejimi: 09:00-18:00
  • Servis: Var
  • Yemək : Var

Uyğun namizədlər CV-lərini " Planlama Departament müdiri" başlığı ilə göndərə bilərlər.