İngilis dili müəllimi (Gəncə)

  • Code Academy
  • Elanın qoyulma tarixi: 28.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Dərs prosesi başlamazdan əvvəl proqram rəhbəri ilə tədris proqramı haqqında müzakirə aparmaq, proqram ilə tanış olmaq, təkmilləşdirmə üzrə təkliflər vermək;
  • Tələbələrə ev tapşırıqlarını hazırlamaq, yoxlamaq və tələbələrə dəstək göstərmək;
  • Tələbə layihələrini təyin etmək və məzun olma proseslərində proqram rəhbəri ilə birgə qərar verən tərəf kimi çıxış etmək;
  • Tələbələrin “Aktivlik cədvəli”nə əsasən qiymətləndirildiyindən əmin olmaq və hesabatın sistemə daxil edilməsini təmin etmək ;
  • Tədris proqramın yekununda fərdi və ya qrup tapşırıqlarını son icra tarixi ilə təyin etmək, layihənin yekununda tələbənin proqramı bitirmə dərəcəsini təqdim etmək və əsaslandırmaqla təsdiq etmək.

Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 2 qrupdur. İş saatları layihə çərçivəsində planlaşdırılır. Layihə üzrə iş yeri Gəncə şəhəridir.

Tələblər:

  • Sahə üzrə müvafiq ali təhsil;
  • İngilis dili müəllimi kimi iş təcrübəsi;

Bacarıqlar:

  • Rəqəmsal alətlərdən istifadə səlistliyi;
  • Komanda yönümlülük və quruculuq işləri üzrə təşəbbüskarlıq;
  • Ünsiyyət qabiliyyəti;
  • Sinif idarəetmə bacarığı;
  • Qeydlər aparmaqda cəldlik və dəqiqlik.

Şəxsi keyfiyyətlər:

  •    Təşəbbüskar və motivasiyalı;
  •    Detallara yönümlü;
  •    İzah etmə qabiliyyəti.

 

https://glorri.com/code/63c53ae35c613ab25bb7740a-%C4%B0ngilis%20dili%20m%C3%BC%C9%99llimi%20-%20G%C9%99nc%C9%99?sources