Marketinq üzrə kiçik mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil.Marketinq və ya iqtisadiyyat sahəsində nəzəri biliklərə malik olması zəruridir
  • Enerjili, marketinq sahəsində karyera qurmaq istəyən namizədlər axtarılır
  • Yüksək səviyyədə kommunikasiya qura və ünsiyyət yarada bilmək, “komanda oyunçusu” olması önəmlidir
  • Məsuliyyətli və punktual olmalıdır
  • Azərbaycan və rus dilində yaxşı səviyyədə danışıq,nitqi aydın və səlis olmalıdır.
  • MS Word və MS Excel proqramlarında orta səviyyədə işləməyi bacarmalıdır
  • Minimum 1 il iş təcrübəsi olmalıdır
  • Bölgələrə ezamiyyətlərə hazır olmalıdır

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiyaları istiqaməti üzrə ixtisaslaşır
  • Sərgilər, yarmarkalar, təqdimat və açılış tədbirləri və s. təşkilində iştirak edir
  • POP/POS materialların hazırlanmasını təmin edir, mətbəələr və kreativ agentliklərlə  işin təşkilinə məsuldur
  • Satış nöqtələrinin brendləşməsi üzrə sifarişləri icra edir
  • Marketinq anbarının işinin təşkilinə cavabdehdir
  • Kütləvi informasiya vasitələri ilə işlərin təşkilində iştirak edir

İş şərtlərimiz:

  • Əmək haqqı: 600 AZN
  • İş qrafiki : Tam iş günü 5 gün.
  • İş saatları: 08:30-17:30.
  • İş yeri:Çinar Park

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]