Texniki Nəzarət üzrə Texnik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • SDM-in Bütövlük və Etibarlılıq Rəhbərliyi və TN meneceri,TNBM,aparıcı mühəndis,mühəndis və mütəxəssis tərəfindən müəyyən edilmiş texniki nəzarətin həyata keçirilməsi
  • Görülən işlər haqqında məlumatların sistemləşdirilməsi, kompüterdə yığılması, emalı işlərini yerinə yetirir, texniki sənədlərin düzgün və vaxtında tərtib edilməsini təmin edir
  • Avadanlıqların təhlükəsiz  yoxlanmasına və çıxdaş edilməsinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq edir
  • Avadanlıqların quruluşu, keyfiyyəti, iş xüsusiyyətləri, texniki istismar qaydalarını  texniki   şərtləri haqqında təlimatları mükəmməl öyrənir
  • TNBM tərəfindən müəyyən olunmuş iş bölgüsü əsasında digər işləri və onun ayrı-ayrı tapşırıqlarını yerinə yetirir
  • Təkmilləşdirmə və inkişaf üçün verilən təklifləri icra etmək
  • İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama və baxışların keçirilməsini icra edir
  • SDM sahələrində statik avadanlıqla bağlı yoxlama sınaq planlaşdırmasında müəyyən edilmiş fəaliyyətləri izləmək və  yerinə yetirmək. 
  • Təftiş və sınaq məlumatlarını qeyd etmək və bildirmək. Müvafiq məlumatların və hesabatların elektron məlumatların sistemə ötürülməsi
  • Anbar və ya təchizatçı emalatxanalarında material və/və ya avadanlıqların keyfiyyətinə nəzarət fəaliyyətlərini dəstəkləmək
  • Texniki Nəzarət Mütəxəssisi tərəfindən zərurət yarandıqda QK-ın sınaqlarına və kalibrləmələrə nəzarət etmək
  • Təftiş, sınaq, nəzarət avadanlığı və cihazları müvafiq qaydada istifadə etmək və saxlamaq. Texniki Nəzarət Mütəxəssisinə avadanlıq və cihazların kalibrlənməsinin etibarlılıq müddətləri və nasaz cihazlar haqqında məlumat vermək
  • SDM-in tələbləri və hədəflərindən xəbərdar olmaq, subpodratçıları müvafiq olaraq istiqamətləndirmək. Məsul olduğu ərazidə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə qüvvədə olan İSG qaydalarına riayət etmək üçün lazımi nəzarəti həyata keçirmək, aidiyyəti işçilərə xəbərdarlıq etmək
  • Subpodratçıların və təchizatçıların texniki nəzarət fəaliyyətlərinin keyfiyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək
  • İş icazəsi prosedurlarına uyğun olaraq iş təhlükəsizliyi və keyfiyyətə əsaslanan bir münasibətlə iş seçimi etmədən tabe olduğu rəhbər tərəfindən zəruri hesab edilən vəzifələri yerinə yetirmək, müəssisənin bir çox müxtəlif sahələrində özünü daim təkmilləşdirməyə diqqət yetirmək və qüsursuzz işləmək
  • İş saatlarından əlavə saatlarda təcili çağırışlara cavab vermək, zərurət yarandıqda iş vaxtından artıq işləmək, iş saatlarından əlavə müraciətlərə hazır olmaq
  • Dağıdıcı Olmayan Sınaq (DOS) və digər əlaqəli xidmətlər üçün texniki spesifikasiyaların hazırlanması, təchizat şöbəsinin texniki təsdiqi prosesinin dəstəklənməsi, tədarükçünün sahədəki işlərini izləmək
  • Aylıq texniki nəzarət hesabatlarının hazırlanması və Texniki Nəzarət üzrə Böyük Mühəndisə təqdim edilməsi
  • Texniki nəzarət məsələləri üzrə qərarların qəbul edilməsinə dəstək
  • Fəaliyyət sahəsi ilə əlaqədar tabe olduğu rəhbər tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi
  • Məsul olduğu işlə bağlı mövcud qanunvericiliyin, daxili nizamnamələrin, standartların və təlimatların tələblərini yerinə yetirmək

Kvalifikasiya tələbləri:

  • Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və digər normativ hüquqi aktlarını, təlimatları, avadanlıqlar və qurğuların istismarı, təmiri, yoxlanmasına texniki nəzarətin aparılmasına dair normativ-metodiki sənədləri, milli və beynəlxalq standartları, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni, SOCAR-ın və SDM-in əmrlərini, SDM-in Nizamnaməsini, daxili İntizam Qaydalarını, BED haqqında Əsasnaməni və bu Vəzifə Təlimatını

Digər Tələblər:

  • Texniki Nəzarət üzrə texnik vəzifəsinə orta təhsilli və müvafiq iş təcrübəsi 3 ildən az olmayan şəxslər qəbul oluna bilər

Müraciət Forması:

CV-nizi mövzu hissəsində vəzifə adı göstərilməklə göndərməyiniz xahiş olunur. Elan üzrə müraciətçilərin hər biri dəyərləndiriləcək və eyni imkanlar veriləcəkdir 

Müraciət üçün son tarix : 10.02.2023

Email:  [email protected]

İşəgötürənin reytinqi