İşin təsviri
                
                
                                
                Vəzifənin təsviri:
	- Günlük, aylıq və illik satış hesabatlarının hazırlanması; 
 
	- Günlük, aylıq və illik borc kağızlarının hazırlanması; 
 
	- Satışla bağlı digər hesabatların hazırlanması; 
 
	- İşgüzar yazışmaların aparılması; 
 
	- Görülmüş iş hesabatlarının aparılması qalıq borclara və ödənişlərə nəzarət; 
 
	- Mövcud müştərilərlə əlaqələrin qurulması; 
 
	- Müştərilərdən gələn sorğuların cavablandırılması; 
 
	- Satışla əlaqəli müqavilələrin hazırlanması; 
 
	- Müştərilərdən daxil olan telefon zənglərinin cavablandırılması; 
 
	- Gələn sorğuların qəbul edilməsi və aidiyyatı şöbələrə yönləndirilməsi; 
 
	- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənməsi və müvafiq şəxslərə yönləndirilməsi. 
 
Şərtlər:
	- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun təyin olunur 
 
	- İş qrafiki həftə içi 9:00 – 18:00, şənbə, bazar-istirahət günü 
 
	- AR  qanunvericiliyinə əsasən sənədləşmə  
 
	- Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı 
 
	- Əmək haqqı 500-600 AZN
 
Namizədə tələblər:
	- Ali təhsil 
 
	- Azərbaycan dilini səlis bilməli (Rus dili arzu olunandır) 
 
	- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
 
	- HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi  
 
	- Səlis və aydın intonasiya ilə nitq bacarığı 
 
	- Satış sektorunda təcrübə arzu olunandır. 
 
	- 22 -30 yaş arası (xanım namizədlərə üstünlük verilir)
 
CV-lərinizi [email protected] email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Əlavə suallar yaranarsa, www.horeca.com.az saytından əldə edə bilərsiniz. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir.