5-11ci sinif məktəb fənnləri üzrə müəllim

  • Imza Group
  • Elanın qoyulma tarixi: 24.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəqəbul aşağıdakı fənlər üzrə həyata keçiriləcək:

  • Azərbaycan dili (azərbaycan bölməsi)
  • Riyaziyyat (rus və azərbaycan bölməsi)
  • İngilis dili (rus və azərbaycan bölməsi)
  • Azərbaycan dili (rus bölməsi üçün)
  • Rus dili (rus bölməsi üçün)

Minimum Vakansiya Tələbləri:

  • Sahə üzrə minimum 1 il pedaqoji təcrübə
  • Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
  • Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqları/
  • İKT bacarıqları (MS Office, email, internetdə araşdırma və s.)

Əsas Vəzifələr:

  • Milli Kurikulum (DİM proqramı) istiqamətində dərsləri təşkil etmək
  • Dərs proqramını və test taprışıqlarını hazırlamaq
  • Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq
  • Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqlarının dərslərdə və dərslərə hazırlaşma mərhələlərində tətbiq etmək
  • Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
  • Tədris mərkəzinin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi

Namizəddə Axtarılan Xüsusiyyətlər:

  • Şagirdlərlə fərdi və qrup şəklində işləmə həvəsi və bacarığı
  • Pedaqoji kollektivlə işləmə bacarığı
  • Pozitiv və effektiv ünsiyyət bacarıqları
  • Özünü daim inkişaf etdirmə və öyrənmə istəyi

İş Qrafiki:

  • 9:00-dan 21:00-dək; (Dərs saatlarına uyğun olaraq)

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq tədris etdikləri fənni (məs. riyaziyyat müəllimi rus bölməsi) qeyd etmələri xahiş olunur

Yalnız imtahanı uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Email: [email protected]

Son müraciət tarixi: 15 aprel 2023.