Satınalmalar üzrə Şöbə Rəhbəri

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 19.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Bankın satınalma/ təchizat zənciri ehtiyaclarının qarşılanmasının təmin edilməsi
  • Tenderlərin müvafiq prosesə uyğun aparılmasına nəzarət və birbaşa icra
  • Strateji layihələrin Satınalma tərəfindən iradə edilməsi, layihələr üzrə müvafiq KPİ və yol xəritəsi hazırlanmasında dəstək
  • Düzgün qiymət/ düzgün təchizatçı prinsipinə uyğun bank daxili fəaliyyətinin tənzimlənməsi və icrasına nəzarət
  • Satınalma və təchizat zənciri strategiyasının müəyyənləşdirilməsi və icrası
  • Satınalma siyasətinə uyğun olaraq təşkilat daxilində satınalma fəaliyyətinin idarə edilməsi
  • Satınalmanın planlaşdırılması, hədəfin müəyyənləşdirilməsi prosesi və əlaqədar planlaşdırma
  • Layihələrin, autsorsinq sövdələşmələrinin, təchizatçı müqavilələrin hazırlanması
  • Bank daxili mövcud satınalma və əlaqəli proseslərin təkmilləşdirilməsi
  • Bank tələblərinə uyğunluğun təmin edilməsi üçün kontragent yoxlama və nəzarətlərin həyata keçirilməsi
  • Satınalma fəaliyyətlərinin sənədləşdirilməsi, müqavilələrin müddətinə nəzarət, təşəbbüskar tərəfindən tələb olunduqda müddətin uzadılması
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (satınalma)
  • Lisenziya/ Sertifikat: CİPD/ CİPS üzrə diplom və ya oxşar
  • Xarici dil: İngilis dili (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul biliyi: tələb olunur.
  • Bazar biliyi: tələb olunur.
  • Digər: Liderlik, Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

https://glorri.com/pashabank/63be9728f5f8345680d42447-Sat%C4%B1nalmalar%20%C3%BCzr%C9%99%20%C5%9E%C3%B6b%C9%99%20R%C9%99hb%C9%99ri?sources

İşəgötürənin reytinqi