Növbə rəisi

  • AzerBlast MMC
  • Elanın qoyulma tarixi: 18.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə səlahiyyətləri:

  • Zavodun bölmələri ( briqadalar ) tərəfindən istehsal tapşırıqlarının yerinə yetirilməsini təmin edir, məmulatların təyin olunmuş texnologiya ilə istehsalının saxlanılmasına, işin təşkilinə, məhsulun keyfiyyətli və ritmik buraxılışının təşkil olunmasına nəzarət edir;
  • İstehsalı zamanı məhsul qarışdırıcıya gələn əvvəlcədən müəyyən edilmiş xammal axını miqdarında axın olub-olmadığını yoxlamaq və kənarlaşmaları düzəltmək;
  • İstehsal üçün tələb olunan xammalın istehsal qrafikinə uyğun olaraq anbardan gətirilməsi və istifadə olunmamış xammalın anbara göndərilməsi;
  • Keyfiyyət planına uyğun olaraq məhsulun keyfiyyət sınaqlarını həyata keçirmək;
  • Əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi tələblərinə uyğun olaraq növbədə personalın işini təmin etmək,
  • İstehsal xəttində olan məhsulların, xammalın və materialların öz yerində və müntəzəm olaraq saxlanmasını təmin etmək;
  • İstehsal xəttində partlayıcı hədd dəyərlərinə riayət olunmasını təmin etmək,
  • Xammaldan, materiallardan, düzgün istifadə olunmasına nəzarət etmək, istehsalın gedişinə mane olan əngəlləri aradan qaldırmaq;
  • Növbə ərzində istehsalat dayanmalarını analiz etmək, boşdayanmaların və məhsulun keyfiyyətini aşağı salan çatışmazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • İşçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etməsinə nəzarət etmək;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin etmək;
  • Zavodda istehsal qurğularının iş prinsipini,texnoloji sxemi, texnoloji rejim normalarını,avadanlıqların və qurğuların təhlükəsiz istismar qaydalarını bilmək və ona riayət etmək;
  • Növbədə baş vermiş qəzaların, bədbəxt hadisələrin, istehsalat zədələnmələrinin səbəbini araşdırmaqda, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməsində iştirak etmək;

Vəzifə ohdəlikləri:

  • Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirmək.;
  • Təcrübə: İstehsalat müəssisəsində işləmiş və kifayət qədər təcrübəli olmalıdır.
  • Partlayıcı maddələrlə iş təlimi sertifikatı olmalı;
  • Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə etməli;
  • Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli;
  • Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etməli;
  • Təhsili: Ali və ya texnki təhsil 
  • Dil bilikləri: Azərbaycan dili  – səlis;  türk dili arzuolunandır;

 

Email: [email protected]