İR üzrə biznes tərəfdaş

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kadr ehtiyaclarını təmin etmək üçün market rəhbərliyi ilə əməkdaşlıq etmək
  • Namizədlərlə müsahibələrin aparılması və mağazaları müəyyən olunmuş vaxtda keyfiyyətli işçi ilə təmin etmək
  • Aktiv vakansiya sayının və işçi axınını nəzarətdə saxlanılması
  • Əmək münasibətləri ilə əlaqədar tələb olunan bütün növ sənədləşəmənin həyata keçirilməsinə nəzarət etmək
  • Məzuniyyət, xəstəliyə görə məzuniyyət və işçinin vəzifəsinin qaldırılması ilə əlaqədar əməliyyatların aparılmasınə nəzarət etmək
  • Təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq şöbələrlə əməkdaşlıq etmək
  • Əməkdaşların karyera inkişaf planlarının həyata keçirilməsini təmin etmək
  • İş vaxtının uçotu və əməyin ödənişinin həyata keçirilməsinə nəzarət etmək
  • İşçilərin mükafatlandırma və təqdiretmə tədbirlərinin həyata keçirilməsi
  • Əmək münasibətləri ilə bağlı məsələlərinin araşdırılması, təqibi və qərarların verilməsi, həmçinin nizam-intizam qaydlarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi
  • İşçilərin işdən çıxarılması zamanı çıxış barədə müsahibələrin aparılması üçün lazımı tədbirlərin görülməsi
  • Mütəmadi olaraq İR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • İşçi bağlılığı və işçi məmnuniyyətinin artırılması ilə bağlı mütəmadi mağaza ziyarətlərinin və lazımi tədbirlərin həyata keçirlməsi
  • İşçi performansının dəyərləndirilməsi prosesini təşkil etmək və təqib etmək.

Namizədə dair tələblər:

  • Pərakəndə ticarət sahəsində İnsan resursları üzrə 2 il üzərində iş təcrübəsi 
  • İşə qəbul üzrə müsahibə aparmaq bacarıqları
  • Əmək qanunvericiliyi bilikləri
  • Biznes əlaqələri qurmaq bacarığı
  • Təqdimat bacarığı, komanda ilə işləmək bacarığı
  • Analiz etmə, problemi ünvanlama və həll etmə bacarığı 
  • Strateji planlaşdırma bacarığı 
  • Ünsiyyətcil, hədəf yönümlü, müştəri yönümlü, nəticə yönümlü
  • Orta İngilis dili biliyi (rus dili arzuolunandır)
  • MS office bilikləri.

Maraqlanan namizədlər email ünvanına “İR üzrə biznes tərəfdaş” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]