Maliyyə analitiki

  • Superfon
  • Elanın qoyulma tarixi: 17.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Şirkətin illik büdcə planının hazırlanmasının təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
  • Pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər, balans hesabatı və digər hesabatların hazırlanması;
  • Əməliyyatların büdcə daxilində olub-olmamasını yoxlamaq, xərclərin plana uyğun bölüşdürülməsinə nəzarət etmək;
  • Şirkətin хərclərinin аzаldılmаsı məqsədilə təkliflər irəli sürmək;
  • Marja və maya dəyərinin analitik təhlilinin həyata keçirilməsi.

 Tələblər:

  • “Logo” Tiger proqram bilikləri arzuolunandır;
  • ACCA üzrə müvafiq sertifikatlar arzuolunandır;
  • Maliyyə, Mühasibat uçotu və ya iqtisadi ali təhsil;
  • Müvafiq sahə üzrə (Maliyyə analitiki, hesabat və büdcələmə) minimum 2 il iş təcrübəsi;
  • Analitik təhlil, strateji düşünmə;
  • Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı.

Təminatlar:

  • Nahar;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Maliyyə analitiki” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. 

Email: [email protected] 

İşəgötürənin reytinqi