Administrativ işlər üzrə rəhbər (İstehsalat sahəsi)

  • Elmanado
  • Elanın qoyulma tarixi: 16.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın təsviri:

  • İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir.
  • Keyfiyyət standartlarını və təhlükəsizlik qaydalarını planlaşdırmalı və vaxtında təmin etməlidir.
  • İstehsal fəaliyyəti üzrə hesabatlar vaxtında tərtib və təqdim olunmalıdır.
  • Məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsi öyrənilməli və tətbiq edilməlidir.
  •  Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını təmin etməlidir.
  • İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir.
  • Əsas istehsal cədvəli və əməliyyat büdcələrinin idarə olunmasına diqqət etməlidir.
  • Yüksək təzyiqli vəziyyətlərdə həlledici qərarlar qəbul etməkdə, tənqidi düşüncə və bütöv təhlil yolu ilə növbəti fəaliyyət istiqamətini seçməkdə rahat olmalıdır.
  • Təfərrüatlara diqqətli olmalıdır.Ən kiçik detallar, istər bir məhsulun dizayn qüsuru, istər tədarük zəncirindəki bir gecikmə olsun, əhəmiyyətli dərəcədə təsir göstərə bilər və istehsal rəisi bunlara qarşı diqqətli olmalı və inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməməlidir.
  • İşçilərlə düzgün şəkildə ünsiyyət və davranış qaydalarını bilməlidir.
  • İşçilərin və avadanlıqların boşdayanmalarının qarşısını almalıdır.
  • Yaranmış problemləri həll etmə bacarığı olmalıdır

Xüsusi tələblər:

  • Türkiyədə təhsil almış və ya bu sahədə çalışmış olması üstünlükdür;
  • Müvafiq sahə üzrə ən azı 5 il təcrübə;
  • Yaş həddi 30 45 arası
  • Kişi namizədi olması arzuolunandır.

İş şəraiti:

  • İş qrafiki : Həftənin 6 günü, bazar günü istirahət
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  •  İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı

 

Email:  [email protected]