Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis

  • Baku Bus
  • Elanın qoyulma tarixi: 13.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması;
  • Məzuniyyət haqlarının, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması;
  • Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.
  • Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq

Tələblər:

  • İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili- İngilis dili (arzuolunandır)
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • MS Office proqramları ilə yüksək səviyyədə iş bacarığı
  • 1C 
  • Analitik düşünmə qabiliyyəti və məsuliyyətlilik

İş şəraiti:

  • İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
  • İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək haqqı 1500 (bir min beş yüz) manat net.
  • Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

Email: [email protected]