Anbardar (Tikinti materialları)

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali
  • Kompüter bilikləri: MS Office (excel yaxşı səviyyədə)
  • Yaş: 45 yaşa qədər;
  • İş təcrübəsi: minimum 1-2 il (sırf tikinti anbarı sahəsində)
  • Tikinti materiallarını yaxşı tanımalı
  • Çevik, öyrənməyə həvəsli, inkişafa meyilli
  • İş yeri Zabratda yerləşir

Vəzifə öhdəlikləri:

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
  • Tikinti materialların inventarizasiyasını təlimatlara uyğun hazırlamaq, təşkil etmək
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə izahatı aidiyyatı struktura təqdim etmək.
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
  • Anbardakı malları ehtiyaca görə saymaq
  • Anbarda olan malları inventar nömrəsi ilə nömrələmək
  • Daxil olunmuş sənədlərin qeydiyyatı
  • Hesabat üçün məlumatları hazırlamaq və mühasibat sənədlərinin qorunması
  • Anbara daxil olan və çıxan tikinti materialı və alətlərin plana uyğun yerləşdirilməsini təmin etmək

Əlavə təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbardar" qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi