Region satış müdiri (Cənub bölgəsi üzrə)

  • GP Stock Feed
  • Elanın qoyulma tarixi: 13.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Marketinq və satış üsulları haqqında məlumat
  • Məhsullar haqqında müvafiq məlumat
  • Satışın artırılması istiqamətində yeni müştərilərin cəlb edilməsi
  • Saxlama ilə əlaqədar siyasət və prosedurlar
  • Satış məqsədi ilə malların təqdimatı
  • Satışın qeydiyyatı üzrə sistem və məlumatlar
  • Distributorların işlərinə nəzarət
  • Zavod tərəfindən aylıq təqribi satış rəqəmi verilər və həmin sifarişlər ay içində bölgələr və müştərilər üzrə təşkil etmək, satışdan gələn gəlirləri şirkət kassasına daxil edər
  • Müştərilərlə mütəmadi olaraq görüşər, malların keyfiyyəti və tərkibi barəsində irad və tövsiyələri dinləyər və işin yaxşılığa doğru həyata keçirilməsinə nəzarət edər
  • Müntəzəm olaraq bazarlarda rəqiblərin fəaliyyəti, qiymət strategiyası və siyasəti haqqında dolğun bilgilər toplayar və şirkətimiz üçün analıq edib yararlı nəticələr çıxarar
  • Satış müdirinə bağlı personelin işə davamiyyətinə və əmək müqaviləsi üzrə üzərlərinə düşən vəzifələrin lazımınca icra edilməsinə nəzarət edər

Vəzifə səriştələri:

  • Planlama və Təşkilatçılıq
  • Nümunəvi rəhbərlik
  • Risklərin idarəedilməsi
  • Hesabatvermə
  • Qiymətləndirmə bacarığı
  • Yeni məhsulların təqdimat, daddırma və digər marketinq işlərinin təşkilini bilməlidir.
  • Satış Yönümlülük
  • Analitik Düşünmə, analiz etmə, diqqətcillik

Vəzifədən gözləntilər:

  • Təhsil səviyyəsi: Ali
  • İş təcrübəsi: 5 il
  • Kompyuter bilikləri:Word (yaxşı) Excel (yaxşı) 
  • Dil bilikləri: Azərbaycan dili (əla) İngilis dili (orta) Rus dili (orta)
  • Fiziki tələblər: Yoxdur

İş şəraiti:

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı:Razılaşma yolu ilə

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Region satış müdiri (Cənub bölgəsi)” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]