Satış Meneceri

İşin təsviri

Vəzifə haqqında:

  • Daimi olaraq yeni müştərilər əldə etmək və var olan müştərilərlə güclü əlaqələr saxlamaq
  • Müştərilərə xidmətlərimiz haqqında cəlbedici və məlumatlandırıcı nümayişlər təqdim etmək
  • Mütəmadi olaraq satış hədəflərinə çatmaq və onları aşmaq
  • Şirkətin müştəri bazasının davamlı genişlənməsini təmin etmək üçün strateji biznes planı hazırlamaq və həyata keçirmək
  • Müştərilərlə uzunmüddətli və dəyərli əlaqələr qurmaq üçün onların ehtiyaclarını dərk etmək
  • Satış hesabatları və dəqiq proqnozlar təqdim etmək
  • Həm mövcud, həm də yeni təlim və xidmətlərimiz üçün satış imkanlarını inkişaf etdirmək
  • Rəqiblər və onların xidmətləri haqqında məlumatlılığı təmin edərək fəaliyyət göstərdiyimiz biznes sahəsini tam mənimsəmək, yeni yaranan trendləri və bazar tendensiyalarını ardıcıl olaraq izləmək
  • Mərkəzimizin xidmətlərini Bakıda fəaliyyət göstərən şirkətlərə tanıtmaq və B2B kontraktların və satışların qurulmasını təmin etmək
  • Klientlərlə uzunmüddətli əlaqə qurun. Böyüməni sürətləndirmək üçün əsasən yüksək cəlb olunmuş müştərilər əldə edin
  • Sosial mediya üzərindən yeni müştəriləri mərkəzimizə cəlb etmək və onları xidmətlərimiz haqqında məlumatlandırmaq
  • Daimi olaraq yeni "client outreach" və "client acquisition" strategiyaları hazırlamaq
  • Xidmətlərimizi klientlərimizə təqdim etmək üçün daimi olaraq kontent yaratmaq

Müvəffəqqiyyətli kandidatlarda arzuolunan bacarıqlar və təcrübə (aşağıdakı tələblərə uymayan kandidatlar CV göndərməsin)

  • Satış və əlaqəli sahələrdə minimum 3 il təcrübə
  • B2B Satış sahəsində güclü təcrübə
  • Bakıda fəaliyyət göstərən və mərkəzimizin xidmətlərdən faydalana biləcək potensial şirkətlərlə mövcud əlaqələrin olması
  • Mərkəzimiz və xidmətlərimiz haqqında ətraflı bilgi
  • Psixloji təlimlər və konsultasiyalar haqqında geniş məlumat
  • Satış hədəflərinə çatmaqda və onları aşmaqda sübut edilmiş tarixçə 
  • Mükəmməl ünsiyyət, təsir və danışıq bacarıqları
  • İngilis və Rus dillərini bilmək arzuolunandır (amma şərt deyil)

 

Ünvan: EMPAT Psixologiya Mərkəzi, Nizami Küçəsi 48 (Tarqovı), Bakı

İllik Kompensasiya: 9000 AZN-dən başlayaraq 21000 AZN-dək

Əgər qeyd edilən tələbləri cavablayırsınızsa və bu vəzifə üçün dəyərləndirilmək istəyirsinizsə, o zaman e-mail adresinə CV-nizi göndərin

Email: [email protected]  

EMPAT Psixologiya Mərkəzi tərəfindən digər vakansiyalar