Satış və CRM Meneceri (in-office)

İşin təsviri

  • Maaş: Aylıq 700 AZN (fəaliyyətə görə 10% ixtiyari bonus)
  • Maaş artımı: Fəaliyyətə görə bir ilin sonunda 50%-dək
  • İş yeri: EMPAT Psixologiya Mərkəzi, Nizami Küçəsi 48, Səbail Rayonu, Bakı

Məsuliyyətlər:

  • Satışların Həyata Keçirilməsi: Müştərilərin mərkəzimizin xidmətlərinə olan müraciətlərini cavablandırmaq və xidmətlərin satışını təmin etmək. 
  • Klientlərin Data və Məlumatlarının Menecmenti: Müştəri məlumat bazalarını Microsoft Excel-də təşkil etmək və qorumaq. Onları mərkəzin telefonunun kontaktlarında əlavə etmək. Buraya müştəri məlumat bazasının təkminləşdirilməsi və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli təşkili və saxlanılması daxildir.
  • Klientlərin Profillərinin Saxlanılması: Marketinq strategiyalarını uyğunlaşdırmaq və xidmət göstərilməsini təkmilləşdirmək üçün müştərilərin satınalma tarixçələri və maraq dairələri kimi müxtəlif meyarları Microsoft Excel-də yığmaq. 
  • Klientlərlə Daimi Ünsiyyətdə Olmaq: Whatsapp və Sosial Media kimi müxtəlif kanallar vasitəsilə müştərilərlə ünsiyyətdə olmaq və onları cəlb etmək üçün müxtəlif strategiyaları həyata keçirmək.
  • Şikayətlərin İdarə Edilməsi: Müştəri rəylərini, şikayətlərini və sorğularını izləmək və idarə etmək. Klientlərin şikayətlərini şirin dillə həll etmək.
  • Klient Saxlama Strategiyaları: Müştəri məmnuniyyətinin və loyallığının artırılması üçün “loyalty” proqramları, fərdiləşdirilmiş kommunikasiyalar və ya xüsusi təkliflər kimi strategiyalar həyata keçirmək.

Tələblər:

  • Ali Təhsil: Minimum Bakalvr səviyyəsində. 
  • İxtisas: İnformatika, Maliyyə, İqtisadiyyat, Biznes Administrasiyası və ya Marketinq arzuolunandır. 
  • Keçmiş İş Təcrübəsi: CRM (Customer Relationship Management), Marketinq, Satış, Data Analitikası, Bank işi və ya Siğorta kimi sahələrdə mövcud iş təcrübəsi arzuolunandır. 
  • Vacib: Bu peşə çox yüksək səviyyədə kompüter bacarıqları tələb edir, xüsusiylə də Microsoft Excel üzrə. Ona görə də müraciətçilər Microsoft Excel üzrə inveryu zamanı imtahan verməli olacaqlar. Bu proqram üzrə bilik və bacarıq səviyyəsi aşağı və ya ortalama olanlar müraciət etməsinlər. 

İş şərtləri:

  • İş günləri: Bazar ertəsindən Şənbəyədək hər gün (Şənbə daxil olmaqla).
  • İş saatları: 11:00-dan 21:00-dək
  • Başlanğıc Tarixi: Dekabrın 4-ü

Müraciət etmək üçün, CV-zi email adresinə Noyabrın 24-dək göndərin. Yalnızca intervyuya çağırılacaq olan kandidatlara geri dönüş ediləcək.

EMPAT Psixologiya Mərkəzi tərəfindən digər vakansiyalar