Satış Meneceri

İşin təsviri

İş haqqında məlumat:

  • Müştərilərlə əməkdaşlıqda şirkəti yüksək səviyyədə təmsil etmək;
  • Şirkətin idxal etdiyi məhsulları müştərilərə təqdim etmək və müştərilər tərəfindən verilən sifarişləri qəbul edib, satış prossesini həyata keçirmək;
  • Müştərilərə, məhsulların keyfiyyəti, texniki göstəriciləri, digər fərqləndirici xüsusiyyətləri barədə dolğun və ətraflı məlumatlar vermək;
  • Öhdəliyində olan müştəri bazasını təkminləşdirmək, potensial müştəriləri müəyyən etmək, yeni müştəriləri əməkdaşlığa cəlb etmək, plana uyğun olaraq onları ziyarət etmək və ehtiyaclarını müəyyənləşdirmək;
  • Mövcud bazar araşdırması aparmaq, rəqibləri müəyyən etmək, rəqiblərin satdığı məhsulların xüsusiyyətlərini və qiymətini öyrənmək;
  • Şirkətin korporativ satış strategiyasının effektliyinin artırılması məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim  etmək;
  • Təhkim olunmuş müştərilər üzrə borc qalıqlarına və müştərilər tərəfindən ödənişlərin vaxtında ödənilməsinə nəzarət etmək;
  • Şirkət strategiyasına uyğun olaraq təyin olunmuş satış hədəflərini yerinə yetirmək;

Tələblər:

  • Ali təhsil (texniki və mühəndislik ixtisası arzu olunandır)
  • Aktiv satış bacarığı;
  • Analitik düşüncə və planlama bacarığı;
  • Kompüterdən istifadə bacarığı;
  • Korporativ yazışma bacarığı;
  • Ünsiyyət qurmaq və təqdimat bacarığına malik olmaq;
  • Komanda ilə işləmə bacarığı;
  • Satış sahəsi üzrə minimum 1 il iş təcrübəsinə malik olmaq;
  • Şəxsi avtomobil (arzu olunandır);
  • Sürücülük vəsiqəsi;

İş saatı: 09:00 - 18:00
Ünvar: Babək pr 65B

bestbearings.az saytına daxil olaraq şirkət və şirkətin satdığı məhsullar haqqında məlumat əldə edə bilərsiniz. Təqdim olunan məhsulları sata biləcək tələblərə uyğun namizədlər müraciət etsin.

Tələblərə cavab verən şəxslər CV-ni mövzu yerinə Satış meneceri yazaraq göndərə bilərlər.

Əlaqə nömrəsi: +994502551072

Qeyd: Yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq.