Elektrik

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 14.04.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 


 
NORM MMC Qızıldaş Sement Zavodunun inşasına başlamışdır. Zavod Bakının iqtisadi cəhətdən strateji əhəmiyyətli  zonalarından olan Qaradağ ərazisində yerləşəcəkdir.
Zavodun istehsal həcminin gündə 5000 ton klinker və ildə 2,000,000 ton sement olması ona Şimali Qafqaz və Xəzər Regionunda əhəmiyyətli yer tutmasına şərait yaradır

NORM MMC Elektrik vəzifəsi üzrə namizədlər axtarır.

Vəzifəyə aid tələblər aşağıdakı kimidir:

• Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemlərin həll edilməsi
• Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqlarının və komponentlərinin elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırılması və təmiri
• Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının istismarı
• Təmir və yaxud montaj işlərinə tələbatı müəyyən etmək üçün planların, cizgilərin, spesifikasiyaların və iş tapşırıqlarının araşdırılması
• Hər hansı nasazlıqlar barədə birbaşa rəhbərə məlumat verilməsi
• Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi

• İş qrafiki: həftənin 5 günü

Namizədə tələblər

• Bu sahədə texniki təhsil və zəruri sertifikatları olan
• Uyğun sahədə ən az 2 il iş təcrübəsi olan
• Qaradağ rayonu yaxınlığında yaşayan
• Öyrənməyə həvəsli
• Yaş həddi 24-35
.

Müraciətlər ünvanlanmalıdır:

Maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına göndərməlidirlər. Mövzu yerinə müraciət olunan vakansiya adı yazılmayan CV-lər dəyərləndirilməyəcək.

 

 


 

İşəgötürənin reytinqi