Geoloq

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 14.04.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 


 
Geoloq    

NORM MMC Qızıldaş Sement Zavodunun inşasına başlamışdır. Zavod Bakının iqtisadi cəhətdən strateji əhəmiyyətli  zonalarından olan Qaradağ ərazisində yerləşəcəkdir.
Zavodun istehsal həcminin gündə 5000 ton klinker və ildə 2,000,000 ton sement olması ona Şimali Qafqaz və Xəzər Regionunda əhəmiyyətli yer tutmasına şərait yaradır
 

Tələblər

• Bu sahədə ən azı 3 il iş təcrübəsi
• Müstəqil və qrup tərkibində fəaliyyət göstərmək bacarığı.
• Texniki və inzibati toplantılarda işlədiyi qrupu təmsil etmək və ünsiyyət bacarığı.
• Bilik və təcrübəsini şirkət daxilində başqaları ilə bölüşmək.
• Yataqların xüsusiyyətləri və tektonikası barədə biliklər.
• Geo-statistik araşdırma aparmaq və geoloji modelləri tətbiq etmək bacarığı.
• Yataqların istismarı və iqtisadi qiymətləndirilməsi üzrə təcrübə.
• Yataqları və xammal ehtiyatlarını, ehtiyatların paylanmasını xarakterizə edən və yataqların istismar planlarını hazırlamağa imkan verən geoloji modellərin yaradılması üçün zəruri biliklər və analitik düşünmə bacarığı. 

Vəzifə və Öhdəliklər:

• Yataqların və xammal mənbələrinin düzgün qiymətləndirilməsi üçün bütün geoloji və geofiziki məlumatların analizi və inteqrasiyası. 
• Aparılan araşdırmaların və əldə edilən məlumatların sənədləşdirilməsi.
• Yeni texnologiyaların və ideyaların tətbiqi üçün onların monitorinqi və qiymətləndirilməsi.
• Müvafiq sahə üzrə keyfiyyətə nəzarət və keyfiyyətin təmin edilməsi.
• Nəticələrin və tövsiyələrin rəhbərliyə müvafiq qaydada təqdim olunması.
• Yataqları və xammal ehtiyatlarını, ehtiyatların paylanmasını xarakterizə edən və yataqların istismar planlarını hazırlamağa imkan verən geoloji modellərin yaradılması.
 

Son Müraciət Tarixi:11/03/2013
 
Müraciətlər Ünvanlanmalıdır:
 

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərməlidirlər.  

 


      


 

İşəgötürənin reytinqi