İşin təsviri
Vəzifə funksiyaları:
- Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
- Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
- Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
- Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq
Vəzifə tələbləri:
- Ali təhsil;
- Minimum 3 il marketinq, kateqoriya idarə etmə və ya biznes inkişaf sahəsində iş təcrübəsi (FMCG sahəsində iş təcrübəsi üstünlükdür);
- Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli;
- Rus və ingilis dili biliklərinin olması mütləqdir
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Kateqoriya meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]