İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
- Layihələndirmə layihə təkliflərinin və şəhər, məssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərinin razılaşdırılması;
- Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasının təmin edilməsi;
- Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsi, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsi;
- Layihə - axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialların hazırlanması;
- Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
- Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
Namizədə dair tələblər:
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Memarlıq sahəsi üzrə ali təhsil
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihələndirmənin metodları bilikləri və layihə işlərinin təşkili və planlaşdırılma bacarıqları;
- Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair biliklər;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumat;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəyə sahib olmalıdır
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Microsoft Office, AutoCad, 3Dmax, Revit və s. proqramlarda səlis işləmə bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1800 AZN (net)
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Memar” yazmaqla göndərə bilərlər.
Email: [email protected]
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.