İşin təsviri
Vəzifə öhdəlikləri:
- Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək;
- Satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
- Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
- Hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- İT sahəsində (komyuter, periferiya avadanlıqları, çap avadanlıqları, kartric, server və s.) və digər texniki/məişət avadanlıqların satış təcrübəsinə sahibi olmaq;
- Problemlərə həll yönümlü yanaşma;
- Analitik düşünmə, data analizetmə və qərar vermə bacarığı;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma və təqdimat bacarığı;
- Kompüter və ofis proqramlarından yaxşı istifadə etmək bacarığı;
- İngilis və rus dili bilikləri;
- Qeyd edilən sahədə ən az 1 il təcrübəyə sahib olan namizədlərə üstünlük verilir.
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Satış meneceri” yazaraq göndərmələri xahiş olunur. Əks halda müraciətlərə baxılmayacaq.
Email: [email protected]