Baş Mühasib

İşin təsviri

Tələblər:

  • Təhsil: Maliyyə və Mühasibat uçotu üzrə ali təhsil;
  • İş təcrübəsi: Minimum 3 il;
  • Dil bilikləri: Rus və ya İngilis dilində orta yazı və danışıq qabiliyyəti;
  • Kompüter bacarığı: MS EXCEL, 1C Mühasibat Proqramında işləmə bacarığı;
  • Sertifikat:Baş mühasib ,ACCA (arzuolunandır);
  • Beynalxalq mühasibat uçotu standartlarına,tələblərinə dair biliklər;
  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • Vergi məcəlləsinin tətbiqində təcrübə;
  • Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı) , Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə;
  • Məsuliyyətlilik,Etibarlılıq.

Vəzifələr:

  • Şirkətin gündəlik mühasibat uçotunun aparılması;
  • Gündəlik əməliyyatların 1C-də uçotunu aparılması;
  • Aylıq,rüblük,və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi;
  • Aylıq,rüblük,və illik hesabatların hazırlanması və ana şirkətə təqdim edilməsi;
  • Rəhbərliyin tapşırıqlarının icrası;
  • Maliyyə uçot sisteminin mükəmməlləşdirilməsinə dair təkliflər vermək ;
  • İllik büdcənin hazırlanması;
  • E-qaimə və hesab fakturaların hazırlanması;
  • Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • E-taxes,e-gov,e-sosial portallarından istifadə etmək bacarığı;
  • Əmək haqqı hesablanması;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi.

İş şəraiti:

  • AR əmək məcəlləsinə əsasən sənədləşmə; 
    İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 10:00 - 19:00;
  • Beynəlxalq dərəcəli şirkətdə iş imkanı

İş yeri: Demirchi Tower

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Baş Mühasib” qeyd edərək göndərə bilərlər.

Email: [email protected]