Freedom Holding Corp. (FRHC) - ABŞ - ın Nevada ştatının qanunları əsasında təsis edilmiş publik şirkətdir. Holding Rusiyada, Qazaxıstanda,Ukraynada,Özbəkistanda,Qırğızısatnda,Almaniya və Şimali Kiprdəki törəmə şirkətləri vasitəsilə maliyyə xidmətləri, pərakəndə vasitəçilik əməliyytaları, investisiya sahəsində məsləhət, qiymətli kağızlarla ticarət, investisiya - bank və anderrayting xidmətləri göstərir. Holdingin səhmləri Nasdaq Capital Market birjasında, həmçinin Qazaxıstan birjasının (KASE) və Sank-Peterburg Bijasının (SBP Exchange) rəsmi siyahısındadır. Holdingin broker şirkətləri "Freedom Finance İ.Ş."MMC (Rusiya) və "Freedom Finance" SC (Qazaxıstan) Standart & Poor`s tərəfindən (qısamüddətli "B",uzunmüddətli "B-", proqnoz- "pozitiv") reytinginə sahibdirlər. Holding amerika birjalarında ticarət üzrə ixtisaslaşmışdır, hardakı müştərilər arasında İPO - lar populyarlıq təşkil edir.