İşin təsviri
İş barədə məlumat:
- Təhvil-təslim aktlarının, hesab-fakturaların və müqavilələrin şablon üzərindən tərtib olunması
- Mədaxil və məxaric kassa əməliyyatlarının aparılması və qeydiyyatı
- Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi.
- E-qaimə hesab-fakturalarının portal üzərindən göndərilməsi
- Kreditor borclara nəzarət və xatırlama məktublarının göndərilməsi-Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
Tələblər:
- Təcrübə: 1 il (Müvafiq sahə üzrə)
- Microsoft Office, Microsoft Excel və 1-C biliyi
- Riyazi hesablama aparma, mal-materialların uçotunun aparılması
- Dil bilikləri: Azərbaycan və Rus
- Yaş həddi: 20-50
- Məsuliyyətli, işgüzar, aktiv olmalı, şirkətin nizam intizam qaydalarına hörmətlə yanaşmalı.
İş qrafiki: 5 gün (9:00 – 18:00. Şənbə (10:00- 14:00) Bazar günləri istirahət
Əmək haqqı: 500 AZN
İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır.
Email: [email protected]