Mühasib Köməkçisi

  • Meridian FF
  • Elanın qoyulma tarixi: 18.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat: 

  • Təhvil-təslim aktlarının, hesab-fakturaların və müqavilələrin şablon üzərindən tərtib olunması
  • Mədaxil və məxaric kassa əməliyyatlarının aparılması və qeydiyyatı
  • Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi.
  • E-qaimə hesab-fakturalarının portal üzərindən göndərilməsi
  • Kreditor borclara nəzarət və xatırlama məktublarının göndərilməsi-Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək

Tələblər:

  • Təcrübə: 1 il (Müvafiq sahə üzrə)
  • Microsoft Office, Microsoft Excel və 1-C biliyi
  • Riyazi hesablama aparma, mal-materialların uçotunun aparılması
  • Dil bilikləri: Azərbaycan və Rus
  • Yaş həddi: 20-50
  • Məsuliyyətli, işgüzar, aktiv olmalı, şirkətin nizam intizam qaydalarına hörmətlə yanaşmalı.

İş qrafiki: 5 gün (9:00 – 18:00. Şənbə (10:00- 14:00) Bazar günləri istirahət
Əmək haqqı: 500 AZN
İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır

Email: [email protected] 

Meridian FF tərəfindən digər vakansiyalar