Anderraytinq və təkrarsığorta şöbəsinin kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 05.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Ehtiyac yarandıqda müvafiq strukturlara məlumatların təqdim edilməsi;
  • Qeyri-standart müştərilər üzrə müvafiq anderraytinqin aparılması;
  • Müəyyən risklərin/ məsələlərin təkrarsığortaçı ilə razılaşdırılması;
  • Təkrarsığorta müqavilələrinin bağlanılması, yenilənməsi və ləğvi üzrə müvafiq işlərin görülməsi;
  • Təkrarsığorta və bunula bağlı bütün hesabatların hazırlanması və müvafiq strukturlara təqdim edilməsi;
  • İllik/rüblük təkrarsığorta hesablaşmalarının həyata keçirilməsi;
  • İllik/rüblük təkrarsığorta büdcə proqnozunun verilməsi;
  • Təkrarsığortaçının payı nəzərdə tutulan sığorta hadisələrinə nəzarət edilməsi, bu hadisələr üzrə məlumatların vaxtında və dəqiq hesabatlarda əks edilməsinin təmin edilməsi və ehtiyac olduqda, məlumatların təkrarsığortaçıya və ya müvafiq şöbəyə təqdim edilməsi;
  • Baş vermiş sığorta hadisəsi üzrə sənədlərin tərcümə edilməsi;
  • Daxili normativ sənədlərin hazırlanmasında iştirak edilməsi;
  • İT sistemin monitorinq edilməsi;
  • Müxtəlif mövzularda dünya təcrübəsinin araşdırılması, müxtəlif istiqamətlərdə təhlillərin aparılması və təqdimat formasına salınması.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Tələb olunmur.
  • Təhsili/ixtisası: İqtisadiyyat və maliyyə sahələri üzrə bakalavr dərəcəcəsi.
  • Dil bilikləri: İngilis dili: əla, Azərbaycan dili: əla, Rus dili: orta.
  • Üstünlüklər: Analitika və tətqiqat bacarıqları, təşəbbüskarlıq, yeniliklərə və innovasiyalara açıq olma.
  • Kompüter bilikləri: MS Word: orta, MS Outlook: orta, MS Excel: əla.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv. 

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61

Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

https://pasha-life.az/about/#career

İşəgötürənin reytinqi