SMM mütəxəssisi

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Günlük sosial şəbəkələri izləmək, gündəlik məlumatlar hazırlamaq və yeniləmək; media və sosial şəbəkələrdə şirkəti aktiv təmsil etmək.     
  • Şirkətin tanınmasını artıracaq təşəbbüslər irəli sürmək və həyata keçirmək
  • Kontent və postların hazırlanması (foto, video, mətn) və sosial medyada paylaşılmasını təmin etmək; 
  • KİV-dən və sosial şəbəkələrdən daxil olan müraciətləri cavablandırmaq 
  • KİV və sosial şəbəkələrin monitorinqini həyata keçirmək
  • Sosial şəbəkələrdə məlumatların yerləşdirilməsi və yenilənməsinə nəzarət etmək 
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək 

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə min 1 il iş təcrübəsi;
  • Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi lazımdır, rus və ingilis dilləri biliyi əlavə üstünlükdür;
  • Araşdırma və təhliletmə bacarığı, analitik düşüncə qabiliyyəti;
  • Microsoft office proqramları üzrə bilikləri;
  • Ünsiyyətcil, pozitiv, punktual, kollektivdə işləmək bacarığı.

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 5 gün, 09:00 – 18:00
  • Yemək və servis təminatı
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Yanvar 2023-cü il tarixinədək emailin mövzu hissəsində " SMM mütəxəssisi " qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi