Daxili nəzarət üzrə kiçik mütəxəssis

  • LU-MUN Holding
  • Elanın qoyulma tarixi: 05.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Biznes prosesləri ilə bağlı risklərin müəyyən edilməsində iştirak etmək;
  • Biznes prosesləri üzərində daxili nəzarətin sınaqdan keçirilməsində iştirak etmək;
  • Müəyyən edilmiş nəzarət zəifliklərini aradan qaldırmaq üçün Biznes Prosesi Sahibləri ilə əlaqələr qurmaq;
  • Holdinqdaxili əminlik xidmətləri tərəfindən tövsiyə olunan tədbirlər planının təqibini həyata keçirmək;
  • Dələduzluq riskinin qiymətləndirilməsi və fırıldaqçılıq təhqiqatlarının aparılmasında iştirak etmək;
  • Effektiv daxili nəzarət mühitinin monitorinqinə və saxlanmasına töhfə vermək.
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.

Namizədə Tələblər:

  • Ali təhsil (maliyyə üzrə təhsil);
  • Daxili audit, Daxili nəzarət və ya Risklərin idarə edilməsi üzrə peşə (CIA, CRMA, COSO və s.) sertifikatlarının olması üstünlükdür;
  • Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;
  • Ən azı 1 il daxili nəzarət üzrə təcrübəsi;
  • Müntəzəm olaraq regionlara işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli;
  • Yaxşı analitik bacarıqlar;
  • Əla ünsiyyət bacarıqları, həm yazılı, həm də şifahi;
  • Şəxsi, həssas, məxfi məlumatları lazımi şəkildə idarə etmək bacarığı;
  • İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək.

İş şəraiti:

  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Daxili nəzarət üzrə kiçik mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.