Korporativ Dəstək və Sənəd Nəzarəti üzrə Menecer

  • LU-MUN Holding
  • Elanın qoyulma tarixi: 14.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Holdinq və TTC-lərin bütün korporativ idarəetmə işlərini daimi nəzarət;
  • Bütün Korporativ Qurumların (İdarə Heyəti və Müşahidə Şurası) düzgün işləməsi üçün hüquqi dəstək;
  • Daxili Korporativ İdarəetmə Sənədlərinin hazırlanmasına hüquqi dəstək və onların icrasına nəzarət (Nizamnamələr, əsasnamələr, prosedurlar, siyasətlər və s.);
  • Daxili uyğunluq proseslərinə davamlı nəzarət;
  • Struktur bölmələrin fəaliyyətini tənzimləyən Korporativ normativ aktların təsdiq olunmuş qrafik üzrə hazırlanması və sənədlərin “Korporativ aktlar” prosedurunun tələblərinə müvafiq olaraq uyğunlaşdırılması və bununla bağlı İşçi Qrupunun fəaliyyətinin tənzimlənməsi;
  • Korporativ aktların dövrü olaraq qiymətləndirilməsi və fəaliyyətə uyğunluğunun təmin edilməsi;
  • İnzibati əmrlərin tərtibi və icrasına nəzarət;
  • Holdinqin korporativ elektron ünvanın idarəedilməsi;
  • Gündəlik fəaliyyətində təşkilati məqsədlərə çatmağa mane olan risklərə qarşı adekvat idarəetmə və müşahidə nəzarətləri tətbiq etmək

Namizədə Tələblər:

  • Ali Hüquqi təhsil
  • Müvafiq sahədə ən azı minimum 3 il iş təcrübəsi;
  • AR Mülki Məcəlləsi və Kargüzarlığın aparılmasına dair Təlimat;
  • MS Office proqramları;
  • Azərbaycan və  ingilis dilləri sərbəst,  rus dili bilənlərə üstünlük 
  • İdarəçilik bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Əməliyyat çevikliyi;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nəticəyönümlülük;
  • Məsuliyyətlilik;

İş şəraiti:

  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Korporativ Dəstək və Sənəd Nəzarəti üzrə Menecer” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.