Müqavilələr üzrə mütəxəssis

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Müqavilə idarəçiliyinin təşkili və aparılması;
  • Müqavilələrin reyestrinin təşkili və aparılması;
  • Müqavilələrin imzalanmasının təşkili və həyata keçirilməsi;
  • Müqavilələrin kağız daşıyıcıda toplanması və arxivləşdirilməsi;
  • Müqavilə idarəçiliyi ilə əlaqədar Cəmiyyətdaxili qaydalara uyğun olaraq rəhbərin verdiyi tapşırıqların icra edilməsi.

Vəzifə tələbləri:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi 
  • MS Office , xüsusilə Excel proqramını əla bilmək
  • Müqavilə idarəçiliyi üzrə ümumi biliklərə malik olmaq 
  • Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Müqavilələr üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.   

 Email: [email protected]

İşəgötürənin reytinqi