GPS üzrə mütəxəssis

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 28.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vasitələrinin siyahısının daimi yoxlanılması və yenilənməsi;
  • Nəqliyyat vasitələrinin izlənərək kənarlaşma hallarının qeydiyyata alınması və rəhbərliyə məlumat verilməsi;
  • GPS sistemləri üzərindən yanacaq və digər ölçmə sistemlərinin daimi monitorinqinin aparılması və kənarlaşmaların qeydiyyata alınması;
  • GPS izləmə sistemlərinin yaxşılaşdırlması üzrə təkliflərin verilməsi;
  • Mövcud nəqliyyat vasitələrinə GPS qurğularının quraşdırılması üçün müraciətin edilməsi;
  • Günlük iş planı üzrə əraziyə çıxmış nəqliyyat vasitələrini müvafiq izləmə proqramı üzərindən izlənməsi;
  • İzləmənin nəticələri əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Nəqliyyat vasitələrinin giriş-çıxış vaxtının təyin edilməsi və onlara nəzarət edilməsi;
  • İşinin müvafiq təlimat və qaydalara uyğun qurulması

Tələblər:

  • Təhsil : Ali
  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər
  • Yaş : 22 – 30
  • Cins : Kişi
  • Nəqliyyat sahəsi üzrə ali təhsil
  • Minimum 1 il iş təcrübəsi
  • Yaş həddi 23-45
  • MS Office proqramlarını bilməli;

Əlavə məlumat:

  • Əmək haqqı; 500 – 600 AZN;
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:

Maraqlanan namizədlərdən mövzu sətrində “GPS üzrə mütəxəssis” qeyd etməklə CV ni mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Email: [email protected]  

İşəgötürənin reytinqi