Xəzinədarlıq departamentinin Direktoru

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 28.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xəzinədarlıq Departamenti işinə aid olan əməliyyatların və sənədlərin bütün normativ və müəssisə daxili qaydalara uyğun olmasını təmin edir;
  • Mənfəətliliyin artırılması məqsədi ilə birbaşa rəhbəri tərəfindən tapşırılmış layihələrin realizasiyasında iştirak edir.
  • Maliyyə bazarlarını təhlil edir, yeni tərəfdarların cəlb edilməsi və müştərilərlə əməliyyatların həcminin artırılması məqsədi ilə səy göstərir, yeni məhsullar işləyib hazırlayır;
  • Aktiv və Passivlərin idarəedilməsində, bazar və likvidlik risklərinin qiymətləndirilməsi və idarəedilməsini həyata keçirmək;
  • Maliyyə bazarlarında əqdlərə birbaşa nəzarət edilməsi;
  • İdarə Heyəti tərəfindən verilən müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək

Namizədə dair tələblər:

  • Ali iqtisadi təhsilin olması. 
  • 5 ildən artıq banklarda Xəzinədarlıq (FX əməliyyatlar, Maliyyə bazarlarında əməliyyatlar, Qiymətli kağızlar ilə əməliyyatlar və s) istiqamətində iş təcrübəsi;
  • CFA sertifikatı olması (arzu olunandır).
  • Mükəmməl səviyyədə İngilis dilində yazma, oxuma və danışma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili)
  • Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;
  • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
  • Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;;
  • Liderlik və işçi heyətini idarəetmə bacarığı;
  • Maliyyə təhlili, komanda qurma bacarığı və idarəetmə bacarığı.;
  • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Xəzinədarlıq departamentinin Direktoru” başlığı ilə göndərə bilərlər. 

Email: [email protected]  

İşəgötürənin reytinqi