Kredit Mütəxəssisi

İşin təsviri


İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA) Gəncə Regionu (əhatə etdiyi rayonlar Yevlax, Bərdə və Ağdaş) üzrə vakant olan kredit mütəxəssisi vəzifəsini icra etmək üçün mütəxəssis işə dəvət edir

Texniki tapşırıq

Vəzifə - Kredit Mütəxəssisi 
 
Müddət: 10.04.2013- 24.04.2013

Sənədlərin qəbulunun son müddəti: 23 aprel, 2013 

İKA-nın Gəncə regionu üzrə kredit mütəxəssisisnin məsuliyyət və  vəzifələrinə aşağıdakılar daxildir:

a) Yevlax, Bərdə və Ağdaş rayonlarında İKA-nın kreditləşmə sahəsində işinin təşkili və idarə edilməsi;

b)  Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun  (İFAD)  “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”nin icrası ilə əlaqədar Yevlax və Ağdaş rayonlarında Kİ, BB və fərdlərə kreditlərinin verilməsi üçün kreditləşmənin  istiqamətlərinin müəyyən edilməsi;

c) Adları qeyd olunan rayonlada maliyyə-kredit bazarının qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması;

d) Yevlax, Bərdə və Ağdaş rayonlarında Kredit İttifaqlarına (Kİ) və Birgə Borc alan Qruplarına (BB) kreditlərin verilməsi və geri ödənişlərin təmin edilməsi;

e) Kİ və BB Qrupları tərəfindən daxil olmuş kredit müraciətlərinin qiymətləndirilməsi və mərkəzi ofisə çatdırılmasının təmin olunması;

f)  Kİ və BB Qrupları tərəfindən daxil olmuş hesabatların və geri ödəniş sənədlərinin mərkəzi ofisə vaxtında çatdırılması;

g) Regionda maliyyə-kredit əməliyyatlarının aparılması.

Hesabat vermə

1. İKA-nın Gəncə regionu üzrə kredit mütəxəssisi İKA rəhbərinə, Kredit Meneceri, habelə Monitoring və risklərin idarəolunması üzrə Menecerə hesabat verəcəkdir.

Müddət:

1. İKA-nın kredit mütəxəssisi ilə 3 ay müddətinə əmək müqaviləsi imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra mütəxəssisin fəaliyyətinin nəticələri İKA-nın rəhbəri və Kredit meneceri tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilənin müddəti uzadılacaqdır.

İxtisaslaşma

Kredit mütəxəssisi aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis  bilmək;
 
b) İqtisadiyyat, maliyyə-kredit və hüquq  sahəsi üzrə ali təhsil;

c) Kredit, bankçılıq, maliyyə və ya əlaqədar sahədə ixtisaslaşma;

d) Maliyyə və ya kredit sahəsində beş il peşəkar təcrübə;

e) Azərbaycan Milli Bankı tərəfindən təyin edilmiş Kredit İttifaqları ilə bağlı prudensial normalar barədə bilgili olmaq;

e) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə yaxşı işləmək bacarığı;

f) əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı, əməkdaşlar və payçılarla birgə işləmək xüsusiyyətləri

Seçimdə Yevlax rayonunda yaşayan şəxslərə üstünlük veriləcək.

Tərcümeyi-halları texniki tapşırığın tələblərinə uyğun olanlar CV-i aşağıdakı ünvana göndərə bilərlər:

Ünvan: Bakı ş.Ü.Hacıbəyov küç.40, Hökumət Evi 8-ci mərtəbə, 848 otaq
 
E-mail:  
[email protected]

Tel: 493-02-67

Fax: 493-67-90