1C biznes analitik

  • BERC Group
  • Elanın qoyulma tarixi: 26.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • 1C Müəssisə proqram təminatı xidmətlərinin həyata keçirilməsi və implementasiyası;
  • 1C Müəssisə proqram təminatında yaranan problemlərin aradan qaldırılması;
  • Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və tələblərin müəyyən edilməsi;
  • Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
  • Layihəyə dair ümumi icra planının hazırlanması;
  • 1C Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi;
  • 1C Müəssisə proqram təminatının qurulması üçün biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi;
  • Analiz sənədi və texniki tapşırığın hazırlanması;
  • Proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
  • Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi istifadəçi təlimatlarının hazırlanması;
  • Layihə çərçivəsində işlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
  • Gündəlik görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
  • Hazırlanan proqram təminatının funksionallıqlarının ilkin testinin aparılması;
  • Sistemin tətbiqi mərhələsində lazımi təlimlərin verilməsi.

Vəzifəyə dair tələblər:

  • Riyaziyyat, tətbiqi riyaziyyat, iqtisadiyyat və mühasibat uçotu üzrə bakalavr təhsili arzuolunandır.
  • Azərbaycan və rus dillərində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (ingilis dili üstünlükdür);
  • Mühasibatlıq və Maliyyə sahəsində təcrübənin olması üstünlükdür
  • 1C: Müəssisə 8 platformasını bilməli və sərbəst işləmə bacarığına sahib olmalıdır
  • 1C: Müəssisə 8 platformasında ən azı 1 il iş təcrübəsi tələb olunur.
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə də Excel proqramını bilməlidir.
  • Proqram təminatının reallaşması üzrə layihələrdə (SQL biliklərin, AGILE Software, UML və BPMN) iş təcrübəsi azruolunandır.
  • Məlumat mübadiləsi (Visio, PowerPoint, JSON, XML, və s.) üçün təcrübə və biliklər azruolunandır.

Bacarıq və səriştələr:

  • Komanda ruhlu olmalı;
  • Detallara yüksək diqqət etməyi bacarmalı;
  • Məntiqi-Riyazi düşüncə, müsahibə və sorğulama, analitik və sistematik düşüncə qabiliyyətinə sahib olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Problemləri həll etmə bacarığı olmalıdır.

BERC Group MMC sizə nə vəd edir?

  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV-lərini 26.01.2023-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini1C biznes-analitik vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Email: [email protected]