Baş mühasib

  • MCB BOKT
  • Elanın qoyulma tarixi: 22.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas funksiya və cavabdehlik:

  • Şirkətin mühasibat fəaliyyətinə rəhbərlik etmək
  • Şirkətin əmək qanunvericiliyinə uyğun olaraq kadr fəaliyyətinə rəhbərlik etmək
  • Tabeçiliyindəki işçiləri kordinasiya etmək və işlərinə nəzarət etmək
  • Hər ayın 5-nə kimi əvvəlki ayın mühasibat yazılışlarını bitirmək
  • Aylıq və rüblük hesabatları və maliyyə hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək
  • Ödəniş sənədlərini yoxlamaq və ödənişləri vaxtında icra etmək, təsdiq etmək
  • Müştərilərdən gündəlik daxil olan ödənişləri yoxlamaq və düzgün əks etdirilməsinə nəzarət etmək.
  • Maliyyə institutları ilə kredit cəlb edilməsi məqsədilə informasiya mübadiləsi aparmaq, kreditlərin gecikmədən ödənilməsinə nəzarət etmək, tələb edilən monitorinq hesabatlarını vaxtında hazırlamaq.
  • Vergi hesabatlarını vaxtında təqdim etmək (Mənfəət, ƏDV qeyri rezident, ÖMV, Vahid muzdlu, Əmlak və s. bəyannamələr)
  • Statistik hesabatları vaxtında təqdim etmək (Əmək, Xarici borc, İnvestisiya, Müəssisə və s.)
  • Mərkəzi banka hesabatları vaxtında təqdim etmək (Portfel, Prudensial, Rəqəmsal balans və s.)
  • Əmək qanunvericili və kadr işinə aid sənədləşmələri yerinə yetirmək (Əmr, məzuniyyət, işə qəbul, işdən çıxma, müqavilələr və s.)
  • Sənədlərin elektron və kağız daşıyıcılarda saxlanmasını təmin etmək
  • Büdcənin hazırlanmasında iştirak etmək
  • Rəhbərlik tərəfindən vaxtaşırı həvalə edilə bilən digər vəzifələri yerinə yetirmək
  • Yaradıcı olmaq və təkliflərlə çıxış etmək.

Tələb edilən təhsil, təcrübə və bacarıqlar:

  • Maliyyə sahəsində ali təhsil
  • Peşəkar Mühasib Sertifikatı (əldə edənlərə üstünlük verilir, əks halda 30 dekabr 2023-cü ilədək əldə edilməlidir)
  • Uyğun vəzifədə minimum 2 illik peşəkar iş təcürbəsi. Kredit təşkilatlarında təcrübə üstünlükdür.
  • 1C 8.2 mühasibat proqramını bilmək. 
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək;
  • İngilis dilini bilmək
  • Güclü şəxsiyyətlərarası və ünsiyyət bacarıqları;
  • Komandada işləmək və əməkdaşlıq etmək bacarığı
  • Nəticə yönümlü;
  • Tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi
  • Məsuliyyət, dəqiqlik, dəqiqlik və etibarlılıq kimi müsbət şəxsiyyət xüsusiyyətləri.

 

Email: [email protected]