Tərcüməçi

İşin təsviri

İşiniz nələrdən ibarət olacaq?

  • Rəhbərliyin iştirak etdiyi iclaslarda, konfranslarda, onlayn görüşlərdə tərcümə fəaliyyətini yerinə yetirmək;
  • Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək, müvafiq üslubu gözləmək, tam peşəkar səviyyədə işi təhvil vermək;
  • Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
  • Məxfi məlumatlarla işləmək, onların gizliliyini qoruyub saxlamaq.

Tələblər:

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Tərcümə ixtisasında ali təhsil;
  • Tərcümə sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Yüksək sinxron,ardıcıl,pıçıltılı tərcümə etmə qabiliyyəti;
  • Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
  • İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilmək, rus dilini bilmək arzu olunandır;
  • Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
  • İşgüzar səfər etməyə açıq olmaq.

Sizdən gözləntilərimiz nələrdir?

  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/tercumechi?sources=