İşin təsviri
                
                
                                
                İşin təsviri:
	- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
 
	- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
 
	- E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
 
	- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
 
	- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (Kargüzarlıq işlərini aparmaq)
 
	- Şirkət üçün tələb olunan malların və ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq təchizatçılara yönləndirmək və alışını təmin etmək
 
	- Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək
 
	- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
 
	- İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
 
	- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
 
Tələblər:
	- Ali təhsil üstünlükdür
 
	- Yaş həddi: 22-35 yaş
 
	- Müvafiq sahədə iş təcrübəsi – 1ildən az olmayaraq
 
	- Sənədləşdirmə və yazışma işlərini bacarmalı
 
	- Kollektivdə işləmək bacarığı
 
	- Dil bilikləri: Azərbaycan dili, ingilis dili (vacibdir) və rus dili 
 
	- Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook və s.
 
	- Ofis avadanlıqları ilə işləmək bacarığı
 
	- Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
 
İş şəraiti:
	- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
 
	- Ə/h: 500-700 AZN (iş təcrübəsinə əsasən təyin olunacaqdır)
 
	- 5 günlük iş həftəsi (08:00 – 17:00).
 
	- Ofis Qaradağ rayonu ərazisində yerləşir. Transport şirkət tərəfindən 20 Yanvar Metro stansiyasından təşkil olunur.
 
Vakansiyaya müraciət üçün CV-nizi “Ofis meneceri" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
Email: [email protected]