Laboratoriya bölməsinin müdiri

İşin təsviri

İş yeri: Oğuz şəhəri
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 700 AZN-dən başlayaraq
Tabeçilik: Keyfiyyətə Nəzarət və Laboratoriya bölməsinin müdirinə

İşin təsviri:

  • Tabeçiliyində olan işçi heyətinə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək;
  • Digər struktur bölmələri ilə laboratoriyanın fəaliyyətini koordinasiya etmək, onların işdə qarşılıqlı əlaqəsini təmin etmək;
  • Laboratoriya işçilərinin işinə müntəzəm nəzarəti həyata keçirmək;
  • Laboratoriya işçilərinə rüblük, yarımillik və illik verilmiş öhdəlikləri təhlil etmək, iş barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
  • Laboratoriyanın işçilərinin peşə ixtisaslarının artırılmasına imkan yaratmaq, onları maarifləndirmək;
  • İşlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütamadi olaraq öz ixtisasını artırmaq və müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;
  • Laboratoriyanın maddi - texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla təmin olunması, kadrların seçilib yerləşdirilməsi, onların vəzifə bölgüsünün, iş planlarının  hazırlanmasını təşkil etmək;
  • İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
  • Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
  • İstehsalat bölmələrinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil
  • Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səlis danışıq .

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)