İşin təsviri
Biz nə təklif edirik:
- Cətin və maraqlı layihələrdə iştirak, zəngin təcrübənin qazanılması;
- Karyeranızın qurulması üçün geniş imkanlar;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün iş şəraiti;
- Yüksək əmək haqqı
Əmək funksiyaları:
- Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək;
- Layihələrinin büdcələrinin yaradılması, layihənin inkişafı və həyata keçirilməsi üçün resursların mövcud olduğundan əmin olmaq, zəruri hallarda resursların bölüşdürülməsi;
- Layihələrin gerçəkləşməsinə mane olan problemlərin həllində dəstək;
- Layihələr üzrə hesabatların tərtibi;
- Mövcud prosseslərin səmərəliliyi və mümküm olan optimizasiyası:.
- Layihələrin gerçəkləşməsi çərçivəsində struktur bölmələr arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi;
- Layihənin icra planının və prosesinin planlaşdırılması, icrası və monitorinqi;
- Tələb olunan və lazımi sənədlərin hazırlanması, təqdim olunması, hesabatların və digər sənədləşmə işlərinin icra olunması.
Tələblər:
- Təhsil tələbləri: Ali təhsil
- Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Microsoft Word, Excel və Powerpoint proqramları ilə səlis işləmə bacarığı;
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilmək, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Datanın təqdim olunma üsullarından istifadə etməklə yüksək təqdimat bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihələrin idarəedilməsi üzrə Baş/Aparıcı mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Email: [email protected]