Mağaza meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Düzgün prioritetləri, gündəlik, həftəlik və aylıq fokus nöqtələrini müəyyənləşdirmək, mağazanın hədəf və məqsədlərinin vaxtında əldə olunmasını təmin etmək;
  • İşçilərə effektiv şəkildə rəhbərlik etmək, müştərilərə kömək etmək və menecerlərlə birlikdə işləmək üçün güclü kommunikasiya və şəxslərarası ünsiyyət bacarıqlarına sahib olmaq;
  • Hər bir işçinin vəzifəsi üzrə Əsas Effektivlik Göstəricilərinə nəzarət etmək İşçilərin müştəri bazası ilə münasibətlərinə nəzarət etmək, xidmətin düzgün qaydada göstərilməsini, hər şirkət və brendin təlimatlarına əsasən düzgün məlumatların göndərilməsini təmin etmək;
  • Mağazanın brendlərin verdiyi göstərişlərə əsasən müvafiq qaydada nizamlanmasını təmin etmək üçün VM (Vizual Merçandayzinq) heyəti ilə yaxından əməkdaşlıq etmək;
  • İşçilərin işə götürülməsi, təlimatlandırılması və inkişafı ilə bağlı İR şöbəsi ilə sıx əməkdaşlıq etmək;

Namizədə tələblər:

  • Satış sahəsində ən azı 3 il iş təcrübəsi ( Lüks mağazarda təcrübə);
  • Azərbaycan,İngilis və Rus dilini səlis bilmək; 
  • Müştərilərlə peşəkar səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Dinamik, səbrli və gülərüz olmaq;
  • Aktiv, məsuliyyətli və diqqətli olmaq;

 

İş yeri: Valentino-Port Baku Mall.

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Mağaza meneceri” yazaraq göndərməkləri xahiş olunur. Yalnız tərcümeyi halı vəzifə tələblərinə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected] 

İşəgötürənin reytinqi

Blue Planet Distribution tərəfindən digər vakansiyalar