Departamentinin Biznes kreditlərinin monitorinqi şöbəsinə kiçik mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 13.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Korporativ və SME kreditlərin planlı və növbədənkənar monitorinqlərini həyata keçirmək
  • Korporativ və SME kredit portfelinin analizi və risklərin ölçülməsi 
  • Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək 
  • Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək 
  • Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək; 
  • Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək; 
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək

Tələblər:

  • Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə; 
  • Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
  • Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı; 
  • Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır; 
  • Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=2242 ) və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi