İşin təsviri
Namizədə aid vəzifələr:
- Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamalıdır;
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulmasını təmin etməlidir;
- Şirkətin müştəri bazasının artırılması, yeni müştərilərin cəlb olunmasını təmin etməlidir;
- Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanmasını həyata keçirtməlidir;
- Müştərilərlə görüşlər keçirməli,təqdimat və təkliflər hazırlamalıdır;
- Müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat verməlidir;
- Müştəri tələb və təkliflərinin müəyyənləşdirilməsi prosesinin idarə etməli, daimi təkmilləşdirilməsini təmin etməlidir;
Namizədə aid tələblər:
- Otel Satış sahəsində iş təcrübəsi olmalıdır;
- Ali təhsil;
- Azərbaycan, Rus və İngilis dillərin bilməlidir;
- Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
- Satış sahələrinə aid biliklər, yaradıcılıq qabiliyyəti olmalıdır;
- Komandada işləməyi bacarmalıdır;
- Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı, təmkinli olmalıdır;
Ümumi məlumat:
- İş yeri – “Divan Express Baku” mehmanxanasıdır;
- Əmək haqqı: Namizədə uyğun olaraq təyin olunacaq.
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını “Satış üzrə mütəxəssis” qeyd edərək [email protected] göndərə bilər.