Direktor müavini (Salyan,Şirvan,Yevlax)

İşin təsviri

İşiniz nələrdən ibarət olacaq?

  • Müəssisədə Mühasibatlıq, İnzibati, İnsan Resursları, Hüquq, Təchizat, İT, Anbar, Sətəm funkiyalarının işinin idarə edilməsi;
  • Müəssisənin İllik büdcəsinin və tədbirlər planının müəyyən edilməsinin və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
  • Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. üçün təchizat planının hazırlanması;
  • Müəssisədə biznes proseslərinin tətbiq olunmasına nəzarət edilməsi;
  • Mövcud biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Güclü analitik və məntiqi düşünmə bacarıqları;
  • Analitik, liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları;
  • Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları;
  • AR Əmək Məcəlləsinin əsaslarını bilmək;
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək
  • Ezamiyyələrə hazır olmaq;
  • İdarəetmə sahəsində və rəhbər funksiyalarda 3-5 il iş təcrübəsi.

Sizdən gözləntilərimiz nələrdir?

  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki:  Altı günlük iş həftəsi;
  • İş yeri: MKT İK MMC-nin Salyan, Şirvan, Yevlax filialları;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
  • Digər bölgələrdən olan namizədlərə müvafiq regionda kirayə ev təminatı.
  • Könüllü tibbi sığorta ilə təmin olunma;
  • Korporativ nömrə ilə təmin olunma.

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz:

Şirvan- https://hr.mktcotton.com/url/lblwv5cn 

Salyan- https://hr.mktcotton.com/url/lblx1w2z 

Yevlax- https://hr.mktcotton.com/url/lblx8293 

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar