İnzi̇bati̇ Köməkçi̇ (Reception)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 13.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Qoyulmuş prosedurlara uyğun olaraq Şirkətə gələnlərin lazımi qaydada qəbul olunmasını və nəzarətini təmin etmək
  • Mətbəx avadanlıqlarının FINCA Azerbaijan-nın siyasət və prosedurlarına uyğun şəkildə təchiz edilməsini və onların təmiz və saz vəziyyətdə olmasını təmin etməklə saxlanılması
  • Davamlı olaraq şəkildə vəziyyətdə olmasını təmin etməklə bütün “ümumi” Şirkətin avadanlığın saxlanılması
  • Şirkətin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarının tam yerinə yetirilməsini təmin etmək
  • Poçt vasitəsi ilə daxil olan və xaric olan bütün məktub,teleqram və s. qəbul etmək qeydiyyata almaq və qovluğa yerləşdimək
  • Ehtiyac olduğu təqdirdə, İnzibati  Təlimat və Maliyyə Təlimatının maddələrinə uyğun olaraq FINCA Azerbaijan-nın alqı prosedurlarlnı həyata keçirmək
  • Ehtiyac olduğu təqdirdə, gündəlik İş prosessində İnzibati və ya Xətti Menecer tərəfindən tapşırılan tapşırıqları yerinə yetirmək

Namizəddən gözləntilərimiz nələrdir?

  • Ali təhsil-istənilən sahədə
  • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi
  • Microsoft Office  üzrə sərbəst işləmək bacarığı-əsasən Excel,Word və surətli çapetmə bacarığı
  • Kargüzarlıq üzrə biliklər üstünlükdür

Dil bilikləri:

  • Azərbaycan dili-səlis, ingilis dili orta.Rus dili arzuolunandır

Gözlənilən davranışlar:

  • Xidmət yönümlülük
  • Ünsiyyət bacarığı
  • Dürüstlük
  • Operativlik
  • Detallara diqqət etmək bacarığı
  • Məsuliyyət
  • Stressə davamlılıq

Seçimlərdə növbəti addımlar:

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, 22 Dekabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

https://finca.az/jobs/inzibati-komekci-receptionist/

İşəgötürənin reytinqi