Kateqoriya üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsalçı və distribyutorlarla kommersiya danışıqlarının aparılması; 
  • Məhsul portfeli ilə bağlı analitik hesabatların hazırlanması; 
  • Təqdim edilmiş marketinq planına əsasən təchizatçı şirkətlərlə rüblük və illik tədbirlərin planlanması və həyata keçirilməsi; 
  • Yeni məhsullar və məhsul qrupları barədə qərarların icrasının həyata keçirilməsi; 
  • Təchizatçıların hesab-fakturalarının məqbulluğunun təsdiq edilməsi; 
  • Məsul olduğu məhsul qrupun günlük satış və qazanc performansının izlənilməsi və lazımi tədbirlərin icra edilməsi; 
  • Marketinq planına əsasən təqdim edilmiş məhsul təkliflərinin mağazalar daxilində sərgilənməsinə nəzarət etmək; 
  • Rəqib şirkətlərin fəaliyyətinin izlənməsi və situasiyaya uyğun adekvat tədbirlərin təşkil edilməsi; 
  • Qiymət dəyişikliklərinin planlanması və həyata keçirilməsi; 
  • Görülən işlər və planlanan fəaliyyət barədə Kateqoriya üzrə menecerə həftəlik təqdimatın edilməsi

Namizədə dair tələblər:

  • Ali iqtisadi təhsil (Biznesin idarə edilməsi, Kommersiya və ya əlaqəli müvafiq sahədə);
  • Pərakəndə ticarət sektorunda ən azı 1 il kateqoriya üzrə iş təcrübəsi;
  • İngilis və Rus dilləri üzrə orta səviyyədə biliklər;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları və müştəri yönümlülük;
  • Analitik düşünmə qabiliyyəti;
  • Hesabatların hazırlanması və təqdim edilməsi bacarığı;
  • Bazar araşdırması, məlumatların təhlili və proqnozlaşdırma üsulları ilə tanışlıq;

Maraqlanan namizədlər email ünvanına “Kategoriya üzrə kiçik mütəxəssis "  başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.  

Email: [email protected]