Product Owner in Retail Banking

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 09.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Məhsul yaradılması və idarəedilməsi;
  • Müvafiq analitik vasitələrdən istifadə etməklə məhsul portfelinin müvəffəqiyyətlə idarəedilməsi;
  • Fərdi Bankçılıq müştəriləri üçün yeni məhsullar yaratmaqla gəlirliliyinin artırılması;
  • Məhsulların inkişafı üzrə mütəxəssis məhsullarının dəyərinin maksimum dərəcədə artırılması;
  • Yerli və xarici tərəfdaşlarla, o cümlədən Beynəlxalq Ödəniş Sistemləri ilə əlaqələrin qurulması və saxlanılması;
  • Əsas tərəfdaşlar və məhsul sponsorları ilə ünsiyyətin qurulması;
  • Məhsullar üçün istifadəçi hekayələrinin toplanması və təhlili;
  • Məhsullar üçün qəbul meyarlarının yaradılması;
  • Müştəri yol xəritəsinin və məhsul yol xəritəsinin yaradılması;
  • Məhsulların yaradılmasına görə məsuliyyət;
  • Yeni və mövcud məhsulların dəyərinin artırılması və yüksək müştəri məmnuniyyətinin təmin edilməsinə yönəldilmiş fəaliyyət;
  • Fərdi müştərilər üçün yeni məhsullar konsepsiyasının aidiyyatı olan ekspertlər ilə (İT, Risk) koordinasiya edilməsi;
  • Yeni məhsulun hərtərəfli texniki-iqtisadi əsaslandırılması və həyata keçirilməsi üzrə proqnozlarının təqdim edilməsi;
  • Uğurlu beynəlxalq təşkilatlardan məhsulun inkişaf təcrubəsinin öyrənilməsi;
  • Biznes işinin təşkil edilməsi; (məs. xərclərin qiymətləndirilməsi, mənfəətlilik və investisiyadan qayıdışın ölçülməsi, qəbul olunmuş standard və s.)
  • Mövcud olan məhsulların təhlili və məhsulların yenilənməsi üzrə imkanların axtarılması;
  • Fərdi müştərilər üçün olan məhsul pasportlarının və proseslərin hazırlanması və ehtiyac olduqda yenilənməsi;
  • Üçüncü tərəflər ilə münasib şərtlərin razılaşdırılması; (Beynəlxalq Ödəniş Sistemləri və s.)
  • Seqmentlər və məhsullar səviyyəsində kommersiya planlaşdırılmasında və büdcələşdirməsində iştirak.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • İş təcrübəsi: 3-5 il 
  • Lisenziya / Sertifikat: PSPO, PSM sertifikatları
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər:
  • Güclü analitik bacarıqlar
  • Modelin simulyasiyası və məlumatların təhlili sahəsində bacarıq
  • Billinq fakturaları və mübadilə haqları (interchange fees) daxil olmaqla kart biznesi təcrübəsi
  • MasterCard və Visa beynəlxalq ödəniş sistemləri ilə iş təcrübəsi
  • Kartla ödəniş infrastrukturu haqqında biliklər
  • Rəqəmsal ödənişlər, fırıldaqçılığın idarəedilməsi və kart sistemləri üzrə normativ baza bilikləri
  • Bank prosesləri haqqında ümumi biliklər
  • PCI DSS standartları haqqında ümumi məlumat
  • Kart məhsullarının satışa çıxarılması üzrə təcrübə
  • “Agile” düşüncə tərzi

 

https://glorri.com/pashabank/6372298fc99aa1260cb20aa9-Product%20Owner%20in%20Retail%20Banking?sources=JobSearch

İşəgötürənin reytinqi