Əsas vəsaitlər və anbarların idarə olunması üzrə Şöbə Müdiri

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 08.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Biznesin idarə olunması və ya texniki sahədə ali təhsil;
  • Müvafiq sahədə 3 - 5 il təcrübə;
  • Maddi vəsaitlərin hərəkəti və uçotunun təşkili üzrə təcrübi biliklərə malik olmaq;
  • 1C, Logo və ya digər proqramlarda işləmə təcrübəsi;
  • 1C və Excel kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
  • Ofis proqramları işləmək təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili, yazılı formatda rus və ingilis dillərində mal-material kataloqları və terminologiyanı ilə işləmək bacarığı;
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı; 
  • Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
  • Müxətlif analitik və təhlil xarakterli hesabatlar hazırlama bacarığı;
  • Təqdimat hazırlama və təqdimetmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Holdinqə daxil olan şirkətlərdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
  • Şirkətlərdə əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqini təmin etmək;
  • Strukturlarda əsas vəsaitlərin uçotu və hərəkətinin idarə olunması, mal-material anbarlarının işinin təşkil olunmasını təmin etmək;
  • Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək; 
  • Daxili Nəzarət Departamenti tərəfindən təşkil olunan İnventarizasiya Komissiyasının tərkibində iştirak etmək və dövri inventarizasiya prosesi üçün vəsaitlərin və uçotun hazır vəziyyətə gətirilməsini, həmçinin inventarizasiya üçün funksional dəstəyin təmin olunmasını təşkil etmək; 
  • İstifadəyə yararsız və köhnəlmiş vəsaitlərin, həmçinin iş prosesində yaranmış dəyərli yan-istehsalat məhsullarının realizasiyaya hazır vəziyyətə gətirilməsini təmin etmək və realizasiya prosesində dəstək olmaq;
  • Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək; 
  • Mütəmadi olaraq rəhbərlik etdiyi funksiyanın (şirkətlərdəki müvafiq strukturlar da daxil olmaqla) və öz fəaliyyətinə dair rəhbərliyə Performans Hesabatları təqdim etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 2500 - 3000 AZN;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əsas vəsaitlər və anbarların idarə olunması üzrə Şöbə Müdiri” yazaraq göndərmələri xahiş olunur.