IT Project Manager

  • Golden Pay
  • Elanın qoyulma tarixi: 07.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Goldenpay-in bütün növ (web, mobil və digər) proqramlaşdırma layihələrini idarə etmək
  • Layihələr üzrə fəaliyyətləri müəyyən etmək, planlamaq, icrasına nəzarət etmək
  • Layihələr üzrə mütamadi hesabatları hazırlayaraq rəhbərliyə və maraqlı tərəflərə təqdim etmək
  • Layihələr üzrə KPI-ların icrasına nəzarət etmək
  • Layihə idarəedilməsi üzrə sənədləşdirilməni aparmaq
  • Layihələr üzrə texniki sənədləşdirilmənin aparılmasını təşkil etmək
  • Maraqlı tərəflərlə və rəhbərliklə layihə komandası arasında kommunikasıyanın qurulmasını təmin etmək, ehtiyac yarandıqda problemlərin eskalasiyasını təşkil etmək
  • Layihədən sonrakı qiymətləndirmələrin aparılmasında iştirak etmək
  • Komanda üzvlərinin bacarıq və keyfiyyətlərinin qiymətləndirilməsində iştirak etmək, inkişafla bağlı tövsiyyələr vermək

Tələblər:

  • İT layihələrinin idarəedilməsi sahəsində ən az 2 il təcrübə
  • Layihələrin idarəedilməsi sahəsində biliklər, layihə idarəetmə metodologiyaları üzrə təcrübə
  • Layihə idarəetmə alətlərindən (məs, Jira, MS Project, MS Excel və sairə) yüksək səviyyədə istifadə edə bilmək
  • Yaxşı ünsiyyət bacarıqları və liderik qabiliyyətinin mövcudluğu
  • Analitik düşünmə və problemlərin həllinə yaradıcı yanaşma qabiliyyəti
  • Prioritetlərin müəyyən olunması və digər sahələrdə çevik qərar verə bilmək qailiyyəti
  • Komanda ilə çox yaxşı kommunikasiya qurmaqla işləmək, komandanı motivasiya etmək qabiliyyəti
  • Yüksək səviyyədə hesabatlılıq
  • İşgüzar, məsuliyyətli və yüksək səviyyəli iş etikasının mövcudluğu
  • Layihələrin idarəedilməsi sahəsində təlimlərdə iştirak etmiş olmaq və sertifikatların mövcudluğu arzuolunandır
  • Xarici dil biliklərinin olması arzuolunandır

Hesabat verir: İnformasiya Texnologiyaları Departamentinin rəhbəri

İş Qrafiki: 1-5 günlər, 9:00-18:00

Əmək haqqı: Təcrübədən asılı olaraq 1700-2300 Azn arası.

Email: [email protected]  

İşəgötürənin reytinqi