HR Təli̇mi̇: SBO Metodu ilə İşə Qəbul

  • AlterBM
  • Elanın qoyulma tarixi: 06.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təlimin sonunda öyrənəcəksiniz:

  • Kadr ehtiyaclarının müəyyən edilməsində müxtəlif beynəlxalq üsulları; 
  • “Doğru namizəd”in vəzifə profilinin tələb meyarlarının (vəzifə öhdəlikləri, bilik, bacarıq, şəxsi xüsusiyyətlər, səriştələr) düzgün təyin və müəyyən etməyi;
  • Saysız göndərilmiş CV arasından müsahibəyə çağırılacaq CV-ni seçməyi;
  • Namizədin vəzifə profilinə uyğunluğunu dəqiq qiymətləndirmək üçün SBO sorğu strategiyasından istifadə etməyi;
  • Seçim zamanı şirkətin mövcudluq yaşı, korporativ mədəniyyəti, namizədin təcrübəsi, şəxsi keyfiyyətləri və vəzifə tələbləri arasındakı uyğunluğu müəyyən etməyi; 
  • Müsahibənin gedişatını məqsədyönlü idarə etməyi və tam nəzarətdə saxlamağı; 
  • Obyektiv qərar verməyi, bir neçə uyğun namizəd arasından ən uyğununu seçməyi;
  • Adım-adım işə qəbul prosesinin sənədləşdirilməyi 

Təlim proqramı:

  • Kadr planlaması: müxtəlif kadr planlaması üsulları və onların xüsusiyyətləri
  • Vəzifə profilinin yaradılması (vəzifənin təsviri: vəzifə öhdəliklər, bilik, səriştələr, şəxsi xüsusiyyətlər və s.) 
  • Səriştələrin strukturu, vəzifə üçün vacib olan səriştələrin analizi və seçimi
  • Namizədin şəxsi xüsusiyyətləri və vəzifə tələblərinə uyğunluğu
  • Xaricdən və daxili işə qəbulun mahiyyəti və xüsusiyyətləri
  • Kadr seçimi meyarları və metodları
  • Şirkətin strategiyası, mövcudluq yaşı və kadr seçimi arasında əlaqə 
  • CV-lərin təhlili prinsipləri
  • Müsahibə, iş üçün müraciət edən şəxslə müsahibənin aparılmasının əsas qaydaları
  • Davranış sualları, SBO texnikası, nəticələrin alınması
  • Yekun qərar qəbul etmə metodları 
  • İşə qəbulun sənədləşdirilməsi
  • Elektron portalda işə qəbul prosesi 

Təlim kimlər üçündür?

  • Şirkət və departament/şöbə rəhbərləri 
  • İnsan resursları rəhbərləri və işə qəbul üzrə mütəxəssislər
  • Karyerasını insan resursları və işə qəbul üzrə qurmaq istəyən hər kəs

Əldə edəcəyiniz praktik materiallar: 

  • Təlim materialı + İş dəftəri + Praktik məşqələlərdə istifadə üçün analiz materialları
  • İşə qəbul prosesi nümunəsi + prosesdə istifadə olunan sənəd nümunələri
  • İşə qəbul prosesinin sənədləşdirilməsi üçün əlaqədar sənəd nümunələri + təlimat
  • Baza səriştələrin kataloqu 

 Dərslərdə 75% iştirak edən və yekun imtahandan 85 və yuxarı toplayan iştirakçılara Sertifikat veriləcək. 

  • Təlimin müddəti: 1 ay/16 saat, həftədə 1 dəfə, 6-cı günlər, hər dərs 4 saat 
  • Təlim formatı: əyani, online; nəzəriyyə + praktik məşqələlər
  • Qiymət: vergi daxil 295 azn;  Dekabr ayı qrupu üçün 15% endirim + gələcək təlimlərimiz üçün əlavə 10% endirim 
  • 1kartla ödəmə mümkündür. 

Yerlər məhduddur. Qeydiyyat üçün: https://forms.gle/DmrHXcA8SFdeyUyj6 tıklaya və ya  ad, soyadınızı yazıb +994516137886 whatsapp nömrəsinə göndərə bilərsiz.

https://docs.google.com/forms/d/e/1FAIpQLSduq-Lv01bJFfsDVAzal0nJrsbKIVyodWIC38xdc_RC6Co1dw/viewform?usp=send_form